Azərbaycanda daha 47 dövlət əmlakı obyekti özəlləşdirilməyə çıxarılır

11:06 - 13.08.2018


13 avqust, Fineko/abc.az.  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi  dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracların təşkilini davam etdirir. 
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac sentyabrın 11-də keçiriləcək. 
 
“Hərraca  47 dövlət əmlakı çıxarılacaq. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi və 5-i isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir. 
Məlumatda qeyd edilir ki, obyektlər  Bərdə, Oğuz, Salyan, Şəki və digər regionlarda yerləşir.

Bütün xəbərlər