10:33 - 3.07.2024
3 iyul, Fineko/abc.az. El arasında “manatlıq” kimi adlandırılan taksilərin sürücüləri benzinin qiymətinin dəyişməsindən istifadə edərək qiymətləri qaldırıblar.
ABC.AZ xəbər verir ki, Bakıətrafı ərazilərə gedən taksilər bir sərnişini 2 manata daşıyırlar. Sürücülərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.
Amma sürücülər arasında hələlik qiyməti artırmayanlar da var. Bu haldan ən çox narazı qalanlar isə sərnişinlərdir.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər.
“E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024