12:02 - 3.07.2024
3 iyul, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komissiyası Qərbi Balkanlar üçün İqtisadi və İnvestisiya Planı çərçivəsində təsdiqlənən altıncı paketlə bağlı açıqlama yayıb.
ABC.AZ xəbər verir ki, açıqlamada, paketin Qərbi Balkanlar üçün 1,2 milyard avro sərmayəni səfərbər etməsinin gözlənildiyi vurğulanıb.
Qeyd olunur ki, bu paket su təchizatı, kanalizasiya, tullantı sularının təmizlənməsi və dəmir yolu nəqliyyatına yeni investisiyaları, həmçinin kiçik və orta müəssisələrdə innovasiyaları və yaşıl transformasiyaları dəstəkləyəcək.
Açıqlamada sərmayələrin Qərbi Balkanlardan olan tərəfdaşlar və beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəyi bildirilib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024