15:02 - 3.07.2024
3 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb.
ABC.AZ “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, onlardan 3 milyon 61 min 696-sı ödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir.
Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.
Ümumilikdə, 2022-ci ilə nəzərən 12,2%, 2023-cü illə müqayisədə isə 5,3% daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3% az sərnişin daşınıb.
Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8,7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8,2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7,8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024