16:22 - 5.07.2024
5 iyul, Fineko/abc.az. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR – “Orta Dəhliz”) inkişafına böyük əhəmiyyət verir.
Bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-in Astanada keçirilən Zirvə toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Diplomat qeyd edib ki, Çin və Azərbaycan liderləri iyulun 3-də Astanada keçirilən görüş çərçivəsində iki mühüm sənəd imzalayıblar ki, bunlardan biri Orta Dəhliz layihəsinin, ikincisi isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün birgə inkişafı ilə bağlıdır.
Din Tao qeyd edib ki, 2024-cü ilin əvvəlindən Çinin Çunçin, Sian və Lianyunqan şəhərlərindən Xəzər dənizi vasitəsilə Azərbaycana 100-dən çox qatar göndərilib ki, bu da ötən illə müqayisədə təxminən 9 dəfə çoxdur. Bu ilin may ayından etibarən Çin şəhərlərindən Bakıya hər gün bir qatar hərəkət edir. Hazırda Çin və Azərbaycan sahibkarları infrastruktur sahəsində əməkdaşlığı gücləndirmək və logistikanın səmərəliliyini artırmaq üçün əlaqələri davam etdirirlər.
Çin “Bir kəmər, bir yol”un inşasının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə inteqrasiyasını ortaq səylərlə təşviq etməyə və təchizat zəncirinin sabitliyini birgə qorumağa hazırdır.
Diplomatın sözlərinə görə, Çinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsində iştirakı Azərbaycanın Orta Dəhlizinin nəqliyyat-logistika potensialının inkişafı strategiyasına tam uyğundur.
Din Tao onu da vurğulayıb ki, Çinin iri limanları Bakı Beynəlxalq Dəniz Limanı ilə əməkdaşlıq məsələlərini müzakirə edir.
© Azertag.az
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024