Əmək müqaviləşi ilə işləyənlərin sayı 1 milyon 851 min 588 nəfərə çatıb

11:08 - 9.07.2024


9 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 43 min müqavilə və ya 2,4 faiz artaraq 1 mln. 851 min 588-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.

Son 6 ayda əməkhaqqı fondunda daha 4,9 faiz artım qeydə alınıb.