“Instagram”ın ən çox istifadə edildiyi 10 ölkə - Siyahı

11:37 - 9.07.2024


9 iyul, Fineko/abc.az. 2024-cü ildə “Instagram”ın ən çox istifadə edildiyi ölkələrin adları açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən araşdırmanı “Global İndex” hazırlayıb.

Araşdırmaya görə, instagramdan ən çox istifadə edən ölkə Hindistandır.

Belə ki, Hindistanda 363 milyon nəfər “Instagram”dan istifadə edir.

2024-cü ildə “Instagram”ın ən çox istifadə edildiyi 10 ölkəni sizə təqdim edirik:

Hindistan: 363 milyon

ABŞ: 169 Milyon

Braziliya: 134 milyon

İndoneziya: 101 milyon

Türkiyə: 57 milyon

Yaponiya: 55 milyon

Meksika: 44 milyon

Böyük Britaniya: 33 milyon

Almaniya: 30 milyon

Argentina: 27 milyon