İyunda bahalaşan məhsullar - Siyahı

16:42 - 10.07.2024


10 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,4 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1% olub.

Qeyri-qida mallarından daha çox artım parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,3 % təşkil edib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.