16:49 - 10.07.2024
10 iyul, Fineko/abc.az. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində "İxrac bələdçisi" hazırlayıb.
ABC.AZ agentliyə istinadən xəbər verir ki, bu barədə müzakirələri Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sanon və AZPROMO nümayəndələri aparıb. Görüşdə Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.
Bildirilib ki, bu ilin martında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib.
Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024