İpoteka Fondu indiyədək 3 milyard 108,811 milyon manat kredit verib

10:57 - 11.07.2024


11 iyul, Fineko/abc.az. İndiyədək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 391 borcalana 3 milyard 108,811 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 021 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib