16:16 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Cari ilin əvvəlində paytaxtda 200 yeni avtobus xəttə buraxılıb və yaxın vaxtlarda daha 200 avtobus istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev açıqlama verib.
Qeyd edib ki, COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə veriləcək.
“Ümumilikdə, Bakıda 360 avtobusun istifadəyə verilməsi nəzərdə tutulub. Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal “əkiz”ində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb”, - deyə A.Rzayev əlavə edib.
AYNA-nın sədri qeyd edib ki, şəbəkə üzrə ilk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini Hövsan və Mərdəkanı mərkəzlə əlaqələndirən marşrutlardır.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024