Ən çox şikayət olunan sığorta şirkətləri - "Bakı Sığorta" və “Paşa Sığorta”nın da adı var

11:02 - 12.07.2024


12 iyul, Fineko/abc.az. Mərkəzi Bank ənənəvi olaraq ən çox şikayət olunan sığorta şirkətlərinin siyahısını açıqlayıb.

ABC.AZ xatırladır ki, sığorta şirkətlərindən şikayətlər avtomobillərin icbari sığotrtası üzrə vəziyyəti əks etdirir.

Azərbaycan Mərkəzi Bankının cari ilin iyun ayı üzrə açıqladığı şikayət indeksinə əsasən ən çox şikayət olunan şirkətlər arasında "Bakı Sığorta" və “Paşa Sığorta” da var.

Sığorta şirkətləri üzrə şikayət indeksi ilə bu linkə keçməklə tanış olmaq mümkündür.

Cədvəl. Avto-icbari sığorta üzrə şikayət indeksi, İyul 2023 – İyun 2024

Sığortaçılar

Şikayət indeksi

"Xalq Sığorta" ASC

2.93

"Bakı Sığorta" ASC

2.81

“Paşa Sığorta” ASC

1.12

"AtaSığorta" ASC

1.02

“Atəşgah Sığorta” ASC

0.84

"Meqa Sığorta" ASC

0.76

"Qala Sığorta" ASC

0.48

"Azərbaycan Sənaye Sığorta" ASC

0.43