Hotellərdə qiymətlər kəskin artıb - VİDEO

11:11 - 12.07.2024


12 iyul, Fineko/abc.az. Hotellərdə noyabr ayı üçün olan qiymətlər kəskin artıb.

ABC.AZ xəbər verir ki, 11-22 noyabr tarixlərində Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar olaraq hotel qiymətlərində 3-4 dəfə artım müşahidə edilir.

Hətta hotellərdə 4 ay sonra üçün yerlərin 80-90 fazi rezerv edilib. Hotellərlə yanaşı, hostəllərdə də yerlər dolub.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyi COP29-la əlaqədar Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərdə monitorinqlər aparıb. Bəzi hotellərdə uyğunsuzluqlar aşkar edilib.

Verilən 3 aylıq müddət bitdikdən sonra həmin hotellərdə yenidən yoxlamalar aparılacaq. (Xəzərxəbər)