12:06 - 12.07.2024
12 iyul, Fineko/abc.az. Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda 5 müəssisənin yaradılmasına 92.5 milyon manat investisiya yatıracaq.
ABC.AZ xəbər verir ki, bununla bağlı İmişlidə müqavilə imzalanıb.
Müqaviləyə İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və “Tukımachı Sanoat Tekstıl”in Azərbaycanda yaratdığı “TST Textile Group” MMC-nin rəhbəri Rahib İsayev imza atıb. Sənəd İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, İmişlidə yerləşən aqroparkın 5 826 hektar təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsini nəzərdə tutur.
Şirkət ilkin olaraq 28.7 milyon manat investisiya qoyaraq ərazidə pambıq sahəsi salacaq, 2025-2029-cu illərdə isə pambıq emalı zavodu, iplik, toxuculuq və tikiş fabrikləri, həmçinin pambıq yağı zavodu quracaq. Pambıq emalı və yağı zavodları aqroparkın, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihənin icrası nəticəsində 1 130 yeni iş yerinin yaradılması planlaşdırılır.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025