İki il əvvəl şirkətlər oyun sənayesindən 183 milyard dollar gəlir əldə edib

12:23 - 12.07.2024


12 iyul, Fineko/abc.az. 1970-ci ildə dünya üzrə oyun sənayesi demək olar ki yox idi.

ABC.AZ xəbər verir ki, “Global İndex” oyun sənayesi ilə bağlı araşdırma aparıb.

Araşdırmaya görə, 2022-ci ilə nəzər yetirsək, şirkətlərin oyun sənayesindən 183 milyard dollar gəlir əldə etdiyini görərik.

Müxtəlif illərdə oyun satışlarından əldə olunan gəlirləri sizə təqdim edirik:

2022: 183 milyard dollar

2015: 97 milyard dollar

2000: 43 milyard dollar

1985: 14 milyard dollar

1970: 0 milyard dollar