12:32 - 12.07.2024
12 iyul, Fineko/abc.az. Bu ilin əvvəlindən 635-dən çox vətəndaş və ya ailə satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub və bu proses hazırda da davam edir.
ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Mətbuat Xidmətinin rəhbəri Namiq Mayılov "Space" telekanalının “Səhərin statusu” verilişində deyib.
Onun sözlərinə görə, ümumilikdə 2020-ci ildən indiyədək 5 000-dən çox vətəndaş bu mexanizmdən faydalanıb: "Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil əldə etmiş vətəndaşların 71 %-i gənclər və gənc ailələrdir".
N.Mayılov bildirib ki, indiyədək mexanizm çərçivəsində əhaliyə 14 ünvanda kirayə mənzillər təklif edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3 ünvan Abşeron rayonunun Saray, Masazır və Məmmədli qəsəbələrində, daha 2 ünvan isə Sumqayıt şəhərində yerləşir.
"Gələcəkdə Mənzil Fonduna yeni ünvanların daxil edilməsi üçün araşdırmalar aparılır", - N.Mayılov qeyd edib. (Report)
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024