İlin sonu kommunal xidmətlərin də qiyməti bahalaşa bilər - Proqnoz

15:58 - 12.07.2024


12 iyul, Fineko/abc.az. Dövlət tərəfindən tənzimlənən qiymətlərin tez-tez dəyişməsi nadir hallarda olur.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, son günlərdə yanacaqda və ictimai nəqliyyatda qiymət artımı oldu, ancaq bir müddət pauza olacaq: “Düşünürəm ki, bu ilin sonu, gələn ilin əvvələrində kommunal xidmətlərlə bağlı qiymət artımına gedə bilərlər”.

Ekspert maaş artımı ilə bağlı fikirlərini də bildirdi: “Maaş artımı da hökumətdən aslıdır. Maaş artımı qanunvericiliyə bağlı deyil. Ona görə də ola bilsin ki, seçkilərdən öncə maaş artımı olsun. Ancaq yanvar ayının 1-dən maaş artımının olma ehtimalı daha yüksəkdir”. (Demokrat.az)