Onlar vəzifələrindən azad olundu - Prezidentdən Sərəncam

14:26 - 15.07.2024


15 iyul, Fineko/abc.az. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Siyavuş Heydərov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə vəzifələrindən azad olunublar.