Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 18 % azalıb

11:10 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 75.5 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 18.4% azdır.

ABC.AZ Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala vəsait qoyuluşunun 62 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvəllə müqayisədə 12% azdır.