Bazarlarda xiyar və pomidorun bahalaşma səbəbi - VİDEO

11:46 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb.

ABC.AZ xəbər verir ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir.

Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.

Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər.

Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.

Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.

Mövzu ilə bağlı Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik: