Çinin Azərbaycanın smartfon bazarındakı payı bu qədər artıb

12:15 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Azərbaycanın 2024-cü ilin ilk beş ayı ərzində xaricdən smartfon idxalı 21% artıb.  

ABC.AZ xəbər verir ki, hesabat müddətində 525 966 ədəd smartfon idxal edib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 433 683 ədəd idi. 

Azərbaycan idxal edilən smartfonların dəyəri 148.2 mln. dollar təşkil edib.

Ölkəyə smartfonların 76%-i və ya 400 896 ədədi Çin Xalq Respublikasından gətirlib və bunun da idxal dəyəri 107.3 mln. dollar təşkil edib. Çin smartfonlarının Azərbaycan bazarında payı 2023-cü ilin eyni dövrünə payı 69% idi. 2022-ci ildə bu rəqəm 40% idi.