14:42 - 16.07.2024
16 iyul, Fineko/abc.az. Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 749.4 min nəfər olub.
ABC.AZ xəbər verir ki, onlardan 893.1 mini iqtisadiyyatın dövlət sektorunda, 856.3 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İqtisadiyyatın neft-qaz sektorunda 31.9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 717.5 min nəfər çalışır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.3 faizi emal sənayesində, 6.8 faizi tikintidə, 3.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğuldur.
Xidmət sahəsində işləyənlərin 18.9 faizi təhsil, 18.6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8.4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.1 faizi istirahət, əyləncə və incəsənət, 2.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024