İngiltərə şirkəti Azərbaycan bazarından gedir

16:29 - 16.07.2024


16 iyul, Fineko/abc.az. “Stork Technical Services UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 15, Məhəllə 1212 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu nümayəndəlik 1996-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Michael Scott Duncan-dır.