“Dost İş Mərkəzi” bu şəxsdən 853710 manata ofis icarəyə götürdü

16:32 - 16.07.2024


16 iyul, Fineko/abc.az. “Dost İş Mərkəzi” MMC “İnzibati bina sahəsinin icarəsi” tenderinin nəticələrini elan edib. ABC.AZ xəbər verir ki, tenderin qalibi Əşrəf Səxavət Oğlu Səfərov olub.

Qalib şəxsə 853 710 manat ödəniləcək. Tender çərçivəsində DOST İş Mərkəzi üçün 2.750m(2) ofis sahəsinin icarəsi xidmətinin satınalınması nəzərdə tutulub.

Qeyd edək ki, yekun məbləğ təklif edilərkən 24 ay nəzərə alınmalıdır.