Aktivlərinə görə ən böyük banklar - Renkinq

16:51 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Azərbaycanda aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub. 

ABC.AZ banklar üzrə hesablamış renkinqə istinadən xəbər verir ki, ən böyük aktivlərə təqribən 13,3 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.

ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın aktivləri təqribən 10 milyard manat göstərici ilə ikinci pillədə yer alır.

8,5 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 3,1 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 2,2 milyard manat göstərici ilə "Bank Respublika" 5-ci pillədə qərarlaşıb.