Naxçıvanda indiyə kimi, bu qədər ipoteka kreditləri verilib

17:28 - 16.07.2024


16 iyul, Fineko/abc.az. İndiyə qədər Naxçıvan Muxtar Respublikasında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 650-yə yaxın vətəndaşa ümumilikdə 31 milyon manatdan çox kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

“Bundan başqa, “Naxçıvan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına 400-ə yaxın vətəndaşa 18,6 milyon manat kredit alıb. Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində növbəti illərdə bölgədə ipoteka kreditləşməsinin dinamik inkişafı proqnozlaşdırılır”, – deyə o qeyd edib.