11:07 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayrılmasına razılıq verib.
ABC.AZ xəbər verir ki, bu məbləğ, bütün G7 ölkələri tərəfindən təsdiqlənmiş Ukraynaya 50 milyard dollar yardımın ümumi həcminin 6%-dən bir qədər çoxdur.
Qeyd olunan məbləğdən ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin 20 milyard dollar, Yaponiya, Kanada və Böyük Britaniyanın isə daha 10 milyard dollar ayıracağı gözlənilir. Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin istifadəsi məsələsi G7 sammiti çərçivəsində Rio-de-Janeyroda G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında müzakirə ediləcək.
May ayında AB Şurası, Rusiyanın bloklanmış aktivlərindən əldə olunan gəlirlərin çoxunun Ukraynaya dəstək üçün istifadəsini də təsdiqləmişdi.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024