“Azərenerji” ASC-nin mənfəəti kəskin azalıb - Hesabat

10:47 - 18.07.2024


18 iyul, Fineko/abc.az. “Azərenerji” ASC-nin ən iri elektrik stansiyası Azərbaycan İES 2023-cü ildə xalis zərəri 2.32 milyon manat təşkil edib, halbuki 2022-ci ildə şirkət 4.33 milyon manat xalis mənfəət əldə etmişdi.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 31 dekabr 2023-cü il tarixinə maliyyə hesabatında bildirilir.

Hesabata görə, şirkətin enerji satışından əldə etdiyi gəlir 239.86 milyon manat olmaqla, öncəki ildən 12.24 milyon manat az və ya 4.86% az olub.

Azərbaycan İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir.