10:50 - 18.07.2024
18 iyul, Fineko/abc.az. Ukrayna 2024-cü ilin sonunda Qazprom ilə tranzit müqaviləsi başa çatdıqdan sonra Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi (GTS) vasitəsilə tranzitə dair Azərbaycanla hazır razılığa hələ gəlməyib. “Qazprom”la isə müqaviləni uzatmaq istəmir.
ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Naftoqaz”ının rəhbəri Aleksey Çernışov bildirib.
Onun sözlərinə görə, GTS dövlətin əsas aktivlərindən biridir və gələcəkdə "Ukrayna qaz ixracatçısı olduqda" satış bazarına çıxışı təmin etmək üçün işləməlidir.
"Biz alternativ həllər axtarırıq. Məsələn, Azərbaycanın ən böyük dövlət holdinqi olan SOCAR şirkəti. Lakin indi hazır bir həll yolu yoxdur. Və bu barədə danışmaq tezdir", - deyə Çernışov bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna Qazpromla tranzit müqaviləsi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisindən Aİ dövlətlərinə nəqlinin mümkünlüyünü öyrənir.
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
20 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024
18 Sentyabr 2024