10:56 - 18.07.2024
18 iyul, Fineko/abc.az. “Azərenerji” ASC 2023-cü ildə 1 mlrd. 685.26 milyon manat gəlirə qarşı cəmi 175.11 milyon manat xalis mənfəət əldə edib.
ABC.AZ xəbər verir ki, dövlət şirkəti 2022-ci ili 2023-cü ildən daha böyük həcmdə xalis mənfəətlə bitirmişdi.
Qeyd edilən tarixə xalis mənfəət 445.58 milyon manat idi. Dövlət şirkətinin enerji satışından gəlirləri 1 mlrd. 685.26 milyon manat olub, bu isə keçən illə müqayisədə 8.4% azalma deməkdir (2022: 1 mlrd. 840.56 milyon manat).
“Azərenerji”nin ümumi əməliyyat xərcləri 1 mlrd. 447.27 milyon manat təşkil edib, bu isə 2022-ci ildə qeydə alınmış 1 mlrd. 400 milyon manatdan 3.38% yuxarıdır.
Yanacaq xərcləri 0.35% artımla 809.24 milyon manat, köhnəlmə və amortizasiya xərcləri 2.2% artımla 278.52 milyon manat, işçi xərcləri 31.35% artımla 104.81 milyon manat, təmir və texniki xidmət xərcləri 6.12% artımla 113.13 milyon manat olub.
Əməliyyat mənfəəti 244.76 milyon manat olmaqla, 2022-ci ildəki 451.68 milyon manatdan 45.79% azdır.
Beləliklə, “Azərenerji”nin 2023-cü il maliyyə hesabatında ümumi gəlirləri və mənfəəti əhəmiyyətli dərəcədə azalıb, buna səbəb, əməliyyat xərclərinin artmasıdır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025