Bakıda Fransanın müstəmləkə etdiyi ərazilərin müstəqilliyi uğrunda hərəkatların Qurultayı keçirilir

12:20 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Bakıda Bakı təşəbbüs qrupunun və Qvadelupa Azadlıq xalq birliyinin dəstəyi ilə Fransanın müstəmləkə etdiyi ərazilərin müstəqilliyi uğrunda hərəkatların Qurultayı keçirilir.

ABC.AZ xəbər verir ki, tədbirdə Korsika, Melaneziya, Polineziya, Karib və Antil Adaları qrupunun müstəqilliyi uğrunda 15-dən çox siyasi partiya və hərəkatın liderləri iştirak edir. Nümayəndələr Fransa müstəmləkəçiliyini aradan qaldırmağın yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, tədbirdə Niderland koloniyalarının nümayəndələri müşahidəçi qismində iştirak edirlər.