Valyuta hərracında banklar tələbi 33,2% artırıb

12:33 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 18-də keçirilən valyuta hərracında bankların tələbi $80,2 milyon təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $20 milyon (33,2%) çoxdur.

İyulun 16-da keçirilən valyuta hərracında AMB banklara $60,2 dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.