Hindistanın ən böyük kriptovalyutasından 235 milyon dollardan çox pul oğurlanıb

14:41 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Hindistanın ən böyük kriptovalyutası “WazirX”dən 235 milyon dollardan çox pul oğurlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, birja nümayəndələri hadisəni təsdiqləsələr də, dəymiş ziyanın dəqiq məbləği açıqlanmır.

“Cyvers” – blokçeyn kibertəhlükəsizlik şirkətidir. Nümayəndələrinin sözlərinə görə, birja əvvəlcə müraciətlərə cavab verməyib. Mütəxəssislərin fikrincə, birjadan USDT, GALA və PEPE və digər sikkələrdəki aktivlər oğurlanıb.

Tədqiqatçılar oğurlanmış aktivlərin yerləşdiyi ünvanı tapa biliblər. Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, onun hesabında 200 milyon dollardan çox olan token var. Blokçeynin şəffaf strukturu sayəsində bütün bu əməliyyatları izləmək mümkündür.