15:02 - 18.07.2024
18 iyul, Fineko/abc.az. SOCAR Avropa bazarında karbon kreditlərinin növbəti satışına hazırlaşır.
ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın departament rəisi Mustafa Qurbanlı deyib.
Onun sözlərinə görə, SOCAR karbon kreditləri ilə bağlı artıq layihə həyata keçirib və uğurlu reallaşdırıb. Bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Nəticədə əldə olunan azalma həcmləri Almaniya bazarlarında (birja – red.) satılaraq, SOCAR tərəfindən təkrar “yaşıl” layihələrə sərmayə kimi cəlb olunub.
Mustafa Qurbanlı onu da qeyd edib ki, hazırda bu sahədə ikinci layihə həyata keçirilir. Layihə çərçivəsində 170 çox sızma müəyyən edilib ki, onların aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir.
“Bunun nəticəsində əldə olunan karbon kreditlərin Avropada, Almaniya bazarında satışı gözlənilir”, – departament rəisi bildirib. (Apa)
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024