“Neuralink” mindən çox insana beyin çiplərini implantasiya etməyi planlaşdırır – Bu tarixə qədər

15:33 - 18.07.2024


18 iyul, Fineko/abc.az. 2026-cı ilə qədər Neuralink 1000-dən çox pasiyentə beyin çiplərini implantasiya edəcəyini söz verib.  

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask X şəbəkəsindəki səhifəsində yazıb.

Daha əvvəl canlı yayımda Musk, Neuralink'in 2024-cü ilin sonuna qədər implant keçirilmiş pasiyentin "yüksək rəqəmlərə" çatacağını planlaşdırdığını qeyd etdi.
Hələ ki şirkətin beyin implantatı daşıyan yeganə xəstə Noland Arbo olaraq qalır. Ancaq bir neçə gün əvvəl İlon Mask, şirkətin implantını yaxın gələcəkdə ikinci pasiyentdə sınayacağını da bildirmişdi.