15:41 - 18.07.2024
18 iyul, Fineko/abc.az. Gələcək planlara ixrac üçün yaşıl gübrənin istehsalı daxildir.
ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın departament rəisi Mustafa Qurbanlı deyib.
O bildirib ki, SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq:
"Bununla bağlı SOCAR öz emissiyalarında ölçmələr edir. Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb, yeni bizneslərin yaradılması istiqamətində işlər görülür. Külək, günəş, "yaşıl hidrogen" məsələləri araşdırılır".
SOCAR, "Azərbaycan İnvestisiya Şirkəti və BP 2025-ci ilin sonuna kimi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsini həyata keçirilməsini planlaşdırır:
"Eyni zamdan SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir" - deyə o əlavə edib.
Bundan başqa Mustafa Qurbanlı qeyd edib ki, SOCAR İsveçrə "EW Höfe" və "Alpiq" şirkətləri ilə birgə İsveçrədə illik gücü 10 MVt olan elektroliz zavodunun tikintisi üzrə pilot layihənin həyata keçirilməsini planlaşdırır.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024