Maliyyə bazarlarının inkişafı üzrə işçi qrupunun yeni Yol Xəritəsi hazırdır - Mərkəzi Bank rəsmisi

16:04 - 18.07.2024


18 iyul, Fineko/abc.az. “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun builki Yol Xəritəsi Dünya Bankının “Business ready “hesabatının maliyyə xidmətləri indikatoru ilə bağlı müvafiq metodologiyasına uyğun olaraq hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankınsədrinin müavini Rəşad Orucov işçi qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, sənədin hazırlanmasında AMB ilə yanaşı aidiyyəti digər dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştiraka edib.

“Yol Xəritəsi maliyyə infrastrukturunun gücləndirilməsi, bu istiqamətdə tənzimləyici çərçivənin təkmilləşdirilməsi, özəl sektorun məlumatlılıq səviyyəsinin artırılması istiqamətində ümumilikdə 49 tədbir müəyyən edib”, – deyə AMB rəsmisi qeyd edib. (Report)