Neft Fondunun birgə müəssisələrə investisiyaları 741,726 milyon manat təşkil edib

16:37 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə müəssisələrə investisiyaları 741,726 milyon manat təşkil edib.

ABC.AZ Fondun auditor hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 6,3 % azdır.

2023-cü ilin sonuna ARDNF-in birgə müəssisələrə investisiyaları onun aktivlərinin 0,8 %-ni təşkil edib. Bu nisbət 2022-ci ilin sonuna 0,9% olub.