Neft ucuzlaşır, Brent bir barelə $84,62 təşkil edir

09:50 - 19.07.2024


19 iyul, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr ayı üçün fyuçers qiyməti saat 09:45-də $0,49 (0,58%) azalaraq bir barel üçün $84,62-a düşüb. 18 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $0,03 (0,04%) artaraq bir barel üçün $85,11-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:45-də $0,63 (0,76%) azalaraq bir barel üçün $82,19-a düşüb. İyulun 18-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,03 (0,04%) azalaraq bir barel üçün $82,82-a düşüb.