17:12 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 16-da təşkil olunacaq hərraca əmlaklar çıxarılacaq.
ABC.AZ xəbər verir ki, hərraca "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 16 ədəd əmlak çıxarılacaq.
Hərraca çıxarılan əmlaklar arasında 1 ədəd fərdi yaşayış evi və 15 ədəd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var.
Fərdi yaşayış evinin sahəsi 155,9 kv.m, torpaq sahələrinin isə sahəsi 0,31 – 36,59 ha aralığında dəyişir. Qeyd edək ki, hərracda start qiyməti 5 589 – 31 970 manat aralığında dəyişir.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025