Keçən həftə düşdükdən sonra neft bahalaşır, Brent bir barel $83,07 təşkil edir

09:20 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi keçirilən hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersi saat 09: 17-də $0,44 (0,53%) artaraq bir barel üçün $83,07-a yüksəldi. İyulun 19-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri bir barelə $2,48 (2,91%) azalaraq $82,63-a enib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin dəyəri saat 09:17-də $0,38 (0,48%) artaraq bir barel üçün $79,02-a yüksəldi. İyulun 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $2,66 (3,27%) azalaraq bir barel üçün $78,64-a düşüb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2,82%, WTI isə 2,53% ucuzlaşıb.