Azərbaycanda ixrac və ya idxal ilə məşğul olan sahibkarlar 3 min nəfərdən çox azalıb

10:20 - 22.07.2024


22 iyul, Fineko/abc.az. 2024-cü ilin 6 ayında xarici ticarət iştirakçılarının sayı 2 427 şəxs azalaraq 40 248 şəxs olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin altı ayında xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 31 317, hüquqi şəxslərin (şirkətlərin) sayı 8 931 olub.

Hüquqi şəxslərin 8 741-i özəl sektordan, 190-ı dövlət sektorundan olub.

Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 3 135 şəxs, dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 33 şəxs azalıb.

Ötən il xarici ticarət iştirakçılarının sayı 42 675, o cümlədən fiziki şəxslərin sayı 34 452, hüquqi şəxslərin sayı 8 223 olmuşdur. Hüquqi şəxslərin 8 000-i özəl sektordan, 223-ü dövlət sektorundan idi.