Parisdəki restoranların gəlirləri kəskin azalıb

12:28 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Fransanın paytaxtı Parisdə Olimpiya obyektlərinin yaxınlığındakı təhlükəsizlik zonalarında yerləşən bəzi restoranların gəlirləri xüsusi keçidlərin tətbiqi səbəbindən 60% azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Fransa Otelçilər İttifaqının rəhbəri Tyerri Marks BFMTV kanalına bildirib.

"Bu, Olimpiya oyunları öncəsi xüsusi buraxılışların tətbiqi ilə əlaqədar baş verib. Təhlükəsizlik tədbirləri və küçələrin bağlanması otel və restoranların fəaliyyətinə mənfi təsir edib. Buna görə də turizm sənayesinin nümayəndələri itirilmiş gəlirlərə görə kompensasiya tələb etmək niyyətindədirlər", - deyə o qeyd edib.

Qeyd edək ki, Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.