Bakıda yuyucu vasitələr istehsal ediləcək

14:34 - 22.07.2024


22 iyul, Fineko/abc.az. “Novator HRC” şirkəti Azərbaycanda kimyəvi yuyucu və dezinfeksiyaedici vasitələrin istehsalına başlayacaq.

ABC.AZ xəbər verir ki, istehsal müəssisəsi Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində qurulacaq.

Zavodun bu il ərzində fəaliyyətə başlaması nəzərdə tutulur. Bunu “Novator HRC” şirkətinin marketinq meneceri Hacı Mustafazadə deyib. Onun sözlərinə görə, hazırda həmin məhsulları Azərbaycana idxal edərək satışını həyata keçirirlər.

H.Mustafazadə əlavə edib ki, hazırda bir neçə çeşiddə kağız məhsulu - masaüstü salfet, mətbəx salfeti, tualet kağızları istehsal edirlər:

“Xammal xaricdən idxal edilir. Kifayət qədər satış həcmimiz var. Hazırda ixrac yoxdur, amma tezliklə kağız məhsullarımızı ixrac etməyi düşünürük. İlk olaraq Gürcüstana məhsul ixracına başlamağı planlaşdırırıq”.

(Azərbaycan iqtisadiyyatı)