14:54 - 22.07.2024
22 iyul, Fineko/abc.az. Azərbaycanın reklam sektorunda kibertəhlükəsizliyin təmin olunması məqsədilə monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov deyib.
O vurğulayıb ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı müvafiq qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir, F. Adıgözəlov qeyd edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. (Report)
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
18 Sentyabr 2024