15:47 - 22.07.2024
22 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 1231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarus, 12,4 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan – 2,4 dəfə, Çindən – 2,3 dəfə, İspaniyadan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Səudiyyə Ərəbistanından – 1,7 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Omandan – 1,6 dəfə, İrandan – 1,5 dəfə, Pakistandan – 47,0 faiz, Tacikistandan – 45,8 faiz, İtaliyadan – 41,8 faiz, İordaniyadan – 37,6 faiz, Yəməndən – 37,6 faiz, Küveytdən – 37,2 faiz, Türkmənistandan – 36,8 faiz, Bəhreyndən – 34,7 faiz, Polşadan – 34,0 faiz, Misirdən – 29,2 faiz, Özbəkistandan – 26,9 faiz, ABŞ-dan – 23,6 faiz, Ukraynadan – 22,2 faiz, Almaniyadan – 22,1 faiz, Türkiyədən – 21,1 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Fransadan – 15,7 faiz, Gürcüstandan – 13,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 8,1 faiz artıb.
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024