15:54 - 22.07.2024
22 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 49 faiz artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30 faiz artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 faiz artaraq 472,8 min nəfər olub.
Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,7 faiz artaraq 995,2 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,1 faiz, Türkiyəyə gedənlərin sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 17,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,4 faiz artmışdır. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,6 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024