16:03 - 22.07.2024
22 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 91 milyon manat maliyyə pozuntusu aşkarlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Palatadan bildirilib.
Bu il iyulun 1-nə qədər başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 39,3 milyon manat olduğu hesablanıb. 36,6 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Palatanın kollegiyası təkliflər verib. 2,7 milyon manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar 2 audit üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
KDMN tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb. Auditlər zamanı rast gəlinən bu pozuntulara vəsaitlərin icrası zamanı vahid büdcə təsnifatına əməl olunmaması, satınalma tətbiq olunmadan vəsaitin icrası və s. hallar aid edilib ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 51,7 milyon manat təşkil edib. Nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlarında 169,3 milyon manatlıq təhriflərə yol verildiyi aşkarlanıb ki, bunların 47 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024