16:35 - 22.07.2024
22 iyul, Fineko/abc.az. 2025-ci ildə “Tesla” daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq və 2026-cı ildə şirkət onların kütləvi istehsalına başlamaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə “Tesla”nın baş direktoru İlon Mask bildirib.
“Gələn il “Tesla” həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq və ümid edirəm ki, 2026-cı ildə digər şirkətlər üçün kütləvi istehsal başlayacaq”, – deyə o, “X”də yazıb.
“Tesla” 2022-ci ilin yazında “Optimus” kimi tanınan ilk insanabənzər robotunu təqdim edib. O zaman Mask belə maşınların istehsalının avtomobil biznesindən potensial olaraq daha böyük ola və işçi qüvvəsi çatışmazlığının öhdəsindən gəlməyə kömək edə biləcəyini söyləyib.
Belə robotlar süni intellekt sistemi, həmçinin “Tesla” elektrik avtomobillərində istifadə olunan sensorlar dəsti ilə təchiz ediləcək. Üz əvəzinə faydalı məlumatları göstərmək üçün monitora sahib olacaqlar. Maskın sözlərinə görə, insanabənzər robotların sayı 1 milyarda çatacaq.
21 May 2025
21 May 2025