“Wiz” startapı Alphabet-in 23 milyard dollarlıq satınalma təklifini rədd edib

10:19 - 23.07.2024


23 iyul, Fineko/abc.az. Kibertəhlükəsizlik startapı Wiz Alphabet-in (Google-un ana şirkəti) 23 milyard dollar məbləğində satınalma təklifini rədd edib.

"Bu cür təkliflərdən imtina etmək çətindir, amma komandamızla bu seçimi edəcəyimə əminəm", - deyə Wiz-in baş direktoru Assaf Rappaport bildirib.

Rappoport əlavə edib ki, Wiz üçün növbəti hədəf illik 1 milyard dollar gəlir əldə etmək və sonra ilkin səhm təklifi (IPO) həyata keçirmək olacaq.

Bir həftə əvvəl Alphabet Wiz-in alınması ilə bağlı danışıqlar aparmağa başlamışdı. Bu müqavilə bu nəhəng şirkət üçün ən bahalı ola bilərdi. Wiz dünyanın ən sürətli böyüyən proqram startaplarından biridir. 2023-cü ildə onun gəliri təxminən 350 milyon dollar təşkil etmişdi.  Şirkət 12 milyard dollar dəyərində qiymətləndirilir.